Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes” markalı avtomobil taksiyə çırpılıb.
Zərbə alan taksi mağazanın hasarına dəyib.
Nəticədə 3 nəfər ağır yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kliniki Tibbi Mərkəz-in mətbaut katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib ki, 18 yanvar 2025-ci il tarixdə müxtəlif bədən xəsarətləri ilə 3 nəfər (kişi cinsli) şəxslər Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Yardım şöbəsinə hospitalizasiya ediliblər.
"Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır stabildir", deyə o əlavə edib.
Trend
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub