Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.
Qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü hamilə Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağırılıb.
O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.
Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.
"Report"
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub