18 yanvar 2025 13:56
76

İstixanadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5 min manatdan çox oğurluq olub.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəsəbə ərazisində yerləşən istixanadan 5 min 575 manatlıq oğurluq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı C.Heydərli və 22 yaşlı R.Xələfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.