Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan “İki sahil”ə verilən məlumata görə, rayon sakini Aslan Abuşovun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov da saxlanılıb.
Həmin şəxsdən satış məqsədilə əldə etdiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub