Türkiyə Superliqasının XIX turunda növbəti oyun keçirilib.
“İki sahil” xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Konyaspor”la qarşılaşıb.
Görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Fənərbağça”nın heyətində qolları Mərt Müldür, Çağlar Söyuncü və Duşan Tadiç vurublar. Meydan sahiblərində isə Pedrinyo ilə Blaz Kramer fərqləniblər.
Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Konyaspor” isə 20 xalla 15-ci yerdədir.