Türkiyə təmsilçisi "Antalyaspor" baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.
“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Superliqanın XIX turunda "Trabzonspor"a 0:5 hesablı məğlub olan Antalya təmsilçisi braziliyalı mütəxəssislə vidalaşmaq qərarı alıb.
Qeyd edək ki, Aleks de Souza "Antalyaspor"la ötən ilin mayında 2 illik müqavilə imzalamışdı.