13 yanvar 2025 16:56
140

AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

“İki sahil” milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, o, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.