“istintaq qrupu 2 nəfərin, o cümlədən “Jeju Air” şirkətinin direktoru Kim E-baenin ölkədən çıxışına qadağa qoyub .”
“İki sahil” xəbər verir ki, bu barədə Koreya Respublikasının Çolla Namdo vilayətinin polis idarəsi məlumat yayıb. Müvafiq qadağa Muan aeroportunda axtarışlardan sonra tətbiq edilib.
Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib./azərtac/