05 yanvar 2025 09:05
122

Serbiya yanvarın 5-ni matəm günü elan edib

Serbiya hakimiyyəti yanvarın 1-də Monteneqroda baş verən atışmada 12 nəfərin ölümü ilə əlaqədar yanvarın 5-ni matəm günü elan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Serbiya Nazirlər Kabinetinin bəyanatında deyilir. Bu barədə qərar ölkə Prezidenti Aleksandr Vuçiçin də iştirak etdiyi iclasda qəbul edilib.