“Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailə zəng vurması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb.
DMM-in məlumatına görə, İsrail mətbuatında Türkiyənin rabitə kanalları ilə İDF və təhlükəsizlik birlikləri ilə danışıqlar apardığı əsassız iddiası Türkiyənin bəzi kütləvi informasiya vasitələri tərəfindən, "Ərdoğan İsrailə zəng vurdu", kimi təqdim edilib.
Qeyd edilib ki, Türkiyə ilə İsrail arasında əlaqələr tamamilə kəsilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”