İsveçrə 2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq bu gün İsveçrənin 2026-cı il üçün ATƏT-ə sədr seçilməsini elan edib.
"Bu il güclü liderlik nümayiş etdirən və sədrliyi öz üzərinə götürən İsveçrəni təbrik edirəm. İsveçrənin bu rolu qəbul etməsi mühüm addımdır. Biz 2025-ci il yanvarın 1-dən Troyka üzvləri kimi sıx əməkdaşlığımızın davam etməsini səbirsizliklə gözləyirik", - İ.Borqun sözləri sitat gətirilib.