Ukraynaya qarşı döyüşən rusiyalı futbolçu Aleksey Buqayev 43 yaşında müharibədə dünyasını dəyişib.
“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, 7 dəfə Rusiya millisində çıxış edən Buqayev Portuqaliyada keçirilən AVRO-2004-də iştirak edib.
O, karyerası boyu Rusiya liqasının bir çox klublarında - Moskvanın “Torpedo”, “Lokomotiv”, “Tom Tomsk”, “Ximki”, “Krasnodar” kimi komandalarda çıxış edib. O, 29 yaşında futbolu tərk edib.
Bulqayev 2023-cü ildə narkotik qaçaqmalçılığında ittiham edilib və 9 il 6 ay müddətinə azadlıqdan məhrub edilib.
Təxminən 500 qram narkotiklə saxlanılan keçmiş futbolçu günahını etiraf edib.
Həmin vaxt ona cəzasını həbsxanada çəkmək əvəzinə rus ordusuna qoşulmaq seçimi verilib və o, orduya qoşulub.
Lakin bu qərar onun həyatı bahasına başa gəldi. O, Ukraynaya qarşı döyüşlərdə həyatını itirib.
Xəbəri futbolçunun keçmiş meneceri Anton Smirnov Telegram-da açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”