25 dekabr 2024 08:39
104

Suriyanın yeni administrasiyası İrana xəbərdarlıq edib

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”.

“İki sahil” xəbər verir ki, bunu Suriyanın müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani “X” hesabında bildirib.

Şeybani yazıb: "İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə məsuliyyət daşısın".

Məhərrəm Ağalaroğlu, “İki sahil”