24 dekabr 2024 22:57
116

“Sosial elmlərdə inklüzivlik və dayanıqlı inkişaf məsələləri” - FOTO

Bakı Slavyan Universitetində bu mövzuda beynəlxalq konfrans keçirilib

Dekabr 24-də tarixində Bakı Slavyan Universitetində (BSU) “2024-cü il yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sosial elmlərdə inklüzivlik və dayanıqlı inkişaf məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransın əsas məqsədi inklüziv təhsil və dayanıqlı inkişaf istiqamətində elmi müzakirələr təşkil etmək, həmçinin beynəlxalq təcrübəni paylaşmaqdır.

Konfransda mövzuları olaraq, "Müəllim hazırlığında inklüzivliyin təmin olunması yolları  və Beynəlxalq universitet reytinqlərində dayanıqlı inkişaf məsələləri"  müzakirə olunub.

Tədbirin açılış mərasimində Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov,  Türkiyə Ali Təhsil Şurasının sədr müavini Haşim Koç və digər rəsmi şəxslər iştirak ediblər.

"Müəllim hazırlığında inklüzivliyin təmin olunması yolları" mövzusunu   BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, moderator, professor Piralı Əliyev, spikerlər - ADA Universitetinin Təhsil fakültəsinin dekanı Dr. Ülviyyə Mikayılova, Türkiyənin Qazi Universiteti Təhsil fakültəsinin professoru Yücel Çelişli,  Azərbaycan İdman Akademiyasının Elmi işlər üzrə prorektoru Dr. Ülkər Babayeva, Türkiyə Ali Təhsil Şurasının sədr müavini Professor Haşim Koç, “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsil üzrə təlimçisi Lamiyə Hacımuradova çıxış ediblər.

"Beynəlxalq universitet reytinqlərində dayanıqlı inkişaf məsələləri" mövzusunda isə moderator, Bakı Mühəndislik Universitetinin Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Dr. Sevil İmanova, spikerlər - Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abbaslı, BSU-nun Yüksək Təhsil Mərkəzinin direktoru Ülviyyə Məmmədova, Şərqi Qazaxıstan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Dr. Aliyə Aldunqarova,  BSU-nun Pedaqogika və psixologiya kafedrasının doktorantı Səyyarə Həsənli çıxış ediblər.

Qeyd olunub ki, beynəlxalq konfrans inklüziv təhsil və dayanıqlı inkişaf mövzularında elmi müzakirələrin dərinləşdirilməsində və müxtəlif universitetlər arasında əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq.

Nigar Orucova, “İki sahil”