08 sentyabr 2026 10:39
89

Uitkof və Kuşner Kiyevə hansı TƏKLİFLƏRİ TƏQDİM EDİBLƏR?

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkof və Amerika liderinin kürəkəni Cared Kuşner Kiyevə Ukraynaya əvvəllər təklif olunanlardan daha pis sülh sazişi şərtləri təqdim ediblər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın deputatı Anna Skoroxod bəyan edib.

"Bu, heç də irəliləyiş deyildi, onlar əvvəl malik olduğumuz şərtlərdən daha pis şərtlərlə gəlmişdilər. Daha pis şərtlər gətirdilər; əgər əvvəllər konstitusiyaya dəyişikliklər edilməsi və ərazilərin tanınması tələb olunmurdusa, indi bunu tələb etdilər. Məlumat qeyri-rəsmi alındığı üçün səsləndirmək istəmədiyim bir sıra digər nüanslar da mövcuddur", – deyə o, ukraynalı jurnalist Vitaliy Dikiyə müsahibəsində bildirib.

Bundan əvvəl "Axios" portalı mənbələrə istinadla xəbər vermişdi ki, ABŞ prezidentinin xüsusi elçisi və Amerika liderinin kürəkəni Vladimir Zelenskiyə Ukraynadakı nizamlanma üzrə danışıqlarda qışa qədər irəliləyiş əldə etmək istədiklərini bildiriblər. Sentyabrın 5-də Stiv Uitkof və Cared Kuşner Rusiyanın prezidenti Vladimir Putin tərəfindən qəbul olunduqları Moskvada olublar. Növbəti gün isə onlar Kiyevdə Zelenski ilə danışıqlar aparıblar.