Qrenlandiya Aİ-nin üzvü olmaq niyyətində deyil.
“İki sahil” xəbər verir ki, bu barədə "Ritzau" agentliyi məlumat yayıb.
Adanın baş naziri Yens-Frederik Nilsen qeyd edib ki, Qrenlandiya Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcək, lakin üzvlük məsələsi "müzakirə olunmur".
"Qrenlandiya əvvəlki illərdə olduğu kimi eyni mövqedə qalır – bizim Aİ ilə tərəfdaşlıq münasibətlərimiz var, biz onları inkişaf etdirmək, daha strateji və möhkəm etmək istəyirik, lakin Aİ-yə üzvlük məsələsi indi müzakirə olunmur", – deyə Qrenlandiya hökumətinin başçısı Aİ-yə mümkün üzvlüyə qrenlandiyalıların münasibəti ilə bağlı sualı cavablandırarkən bildirib.
Sual adaya səfər edən və Qrenlandiyaya, o cümlədən internetin və mənzil şəraitinin yaxşılaşdırılması üçün 200 milyon avro ayrıldığını elan edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin səfəri ilə əlaqədar verilib. "Bizim Aİ ilə əməkdaşlığımız var. Bu, balıqçılıq və təhsilə aid idi. İndi biz bunu genişləndirmişik və buna şadıq, çünki iqtisadiyyatımızı şaxələndirmək və balıqçılıqdan o qədər də asılı olmamaq istəyirik", – deyə Nilsen qeyd edib.
Qrenlandiya, Aİ və Danimarka əməkdaşlığı genişləndirən yeni birgə bəyannamə imzalayıblar. İndi tərəfdaşlıq kritik vacib xammal, energetika və rəqəmsal kommunikasiyalar kimi sahələri əhatə edir.
Tramp müharibənin başa çatmasından sonra neft qiymətlərinin aşağı düşəcəyini vurğulayıb