ABŞ Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri ilə əməkdaşlıqdan imtina etməsi iddiaları ilə əlaqədar İranın nüvə proqramı məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, Vaşinqton bu təkliflə MAQATE-nin Vyana şəhərində keçiriləcək Rəhbərlər Şurasının sessiyasında çıxış edəcək. Rezolyusiya layihəsi İrandan "şərtlərin pozulması hallarını təcili olaraq aradan qaldırmağı" və müfəttişlərin materialların yalnız dinc məqsədlərlə istifadə olunmasını yoxlamasına şərait yaratmağı tələb edəcək.
Məlumata əsasən, MAQATE-nin 2025-ci ilin iyunundan — İsrailin havadan zərbələr endirməyə başladığı vaxtdan bəri İranın uran ehtiyatlarına çıxışı yoxdur.
Saksoniya-Anhaltda keçirilən seçkiləri Almaniya hökuməti üçün dərs oldu - Markus Söder
Yaxın Şərqdəki böhran BMT-nin təsir gücünü itirdiyini göstərdi - BƏƏ Prezidentinin müşaviri