Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov ilə görüş keçiriləcək.
“İki sahil” xəbər verir ki, 25 dekabr tarixində Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbində keçiriləcək görüşdə balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyət, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması və xaricdə yaşayan Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti mövzularında söhbət aparılacaq. Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.
Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibləri sırasında yer alıb
Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub