Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən T.Qayıbov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə bildirilib ki, ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.
"Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib",- deyə məlumatda qeyd edilib.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir
YAP Kürdəmir rayon təşkilatı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib