2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.
“İki sahil” xəbər verir ki, bunu Mili Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun işğal dövründə tamamilə dağıdılması iqtisadiyyata milyard dollarla ziyan vurub:
“Bu gün həmin ərazilərin bərpa və yenidən qurulmasını müşahidə edirik. 20 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb. 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız bu ərazilərdə məskunlaşacaq. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi gücünü göstərir, digər tərəfdən isə xarici siyasət üçün yeni çağırışlar və prioritetləri müəyyənləşdirir”.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir
YAP Kürdəmir rayon təşkilatı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib