12 dekabr 2024 10:47
292

Siyasi plüralizmin Heydər Əliyev zirvəsi

Hər bir dövlətin tarixində parçalanma, bölünmə və ən əsası xəritədən silinmək təhlükəsi olub. Mövcud dövlətlərin siyasi tarixlərində bu kimi hallarla bağlı kifayət qədər məlumatlar var. Azərbaycanda da bu proses 90-cı illərdə başladı. Alovlandı. Hətta o qədər alovlandı ki, artıq torpaqlarımızdan kim nə qədər pay götürəcək ora qədər məsələ aydınlaşmışdı. Təbii ki, bu işə ən çox sevinən ermənilər idi. Onlar üçün ən böyük xülyaları olacaq “Böyük Ermənistan” ideyaları reallaşacaqdı. Belə çətin və mürəkkəb siyasi situasiyada xalqımızın xilaskarı, uzaqgörən siyasətçi Heydər Əliyev baş verəcək həyati təhlükələrə baxmayaraq Azərbaycanı xəritədən silinmək təhlükəsindən qurtardı. Ulu öndər xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bundan sonra Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.

Ümummilli Lider Heydər Əliyevin iqtisadi, ordu quruculuğu, qanunverici bazanın möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin inkişafında atdığı addımlar özünün də qeyd etdiyi kimi Azərbaycanın dünyaya günəş kimi doğmasına zəmin yaratdı. Aradan keçən müddət ərzində Azərbaycan qüdrətli və regionda söz sahibi olan dövlətə çevrildi ki, bu gün ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət xalqımızın rifahı, ölkəmizin suverenliyinin təmini, dövlətiliyimizin möhkəmləndirilməsi istiqamətində qətiyyətli və mətin addımlarla yeni üfüqlər açır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib.

Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı