11 dekabr 2024 18:20
201

Dəməşqdə komendant saatı LƏĞV EDİLDİ

Suriyada hakimiyyətə gələn silahlı müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini elan edib.

“İki sahil” xəbər verir ki, müvafiq bəyanat Hərbi əməliyyatlar idarəsinin (müxalifət birləşmələrinin rəhbər orqanı) “Telegram” kanalında dərc edilib.

“Al Jazeera” telekanalının məlumatına görə, Suriya müxalifəti həmçinin ətraf rayonlarda da komendant saatını ləğv edib.