26 dekabr 2024 15:20
114

Qazaxıstan ordusu "Bayraktar"la sılahlanacaq

2024-cü ildə Qazaxıstan ordusu 100-dən çox döyüş maşını və təyyarəsini xidmətə qəbul edəcək.

“İki sahil” "Kommersant"a istinadla xəbər veri ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. 

Qazaxıstan Türkiyədən “Bayraktar” pilotsuz təyyarələrini almaq niyyətindədir. Əvvəlcə ordunun pilotsuz təyyarələrlə təchiz edilməsi, daha sonra isə Qazaxıstanda istehsalına başlanması planlaşdırılır.

Qazaxıstanın müdafiə naziri Ruslan Jaksylykov PUA-ların tədarükü məsələsini "Baykar Defence" şirkətinin baş direktoru Haluk Bayraktarla müzakirə edib. Onlar İstanbulda "Saha Expo"da görüşüblər. Qazaxıstanın hərbi nümayəndə heyəti Türkiyənin "Havelsan" (müdafiə sektoru üçün elektron avadanlıq və proqram təminatı istehsal edir), "Aselsan" (hava, quru və dəniz qüvvələri üçün məhsullar) və silah istehsalçısı "Transvaro" şirkətlərinin fabriklərində də olublar.

Danışıqlar nəticəsində "Baykar"ın Qazaxıstana hərbi sınaqlar üçün pulsuz olaraq "Bayraktar Kalkan", "Bayraktar Mini "pilotsuz təyyarələri və "Mosquito-X" tədarük edəcəyinə dair protokol imzalanıb. Nə qədər cihazın təhvil veriləcəyi və hansı müddət ərzində veriləcəyi bildirilmir.

Hazırda Qazaxıstan ordusu “Buk-M2E”, “Tor-M2K” sovet zenit-raket kompleksləri, Belarusun “Rosa-RB” “Platforma” radiolokasiya stansiyaları, eləcə də Qazaxıstanın “Nur” radarları ilə silahlanıb. Noyabr ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukraynadakı vəziyyət fonunda ölkədəki mühüm mülki və hərbi obyektlərin təcili təhlükəsizliyinin təmin edilməsi barədə göstəriş verib.