Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edib.
"İki sahil" "Kommersant"a istinadla xəbər veri ki, Putin çıxışında bildirib ki, Aİİ yaranmaqda olan çoxqütblü dünyanın müstəqil və özünü təmin edən mərkəzlərindən biri kimi özünü təsdiqləyib. O, Rusiyanın Aİİ-dəki tərəfdaşları ilə işi aktivləşdirməkdə maraqlı olduğunu qeyd edib.
Rusiya prezidentinin sözlərinə görə, Aİİ-nin fəaliyyəti həm də ticarət və investisiya mübadiləsinin genişlənməsinə kömək edir. Bundan əlavə, ölkələr arasında qarşılıqlı fəaliyyət “iştirakçıların hər birinə real fayda gətirir” və bütün Avrasiya regionunun iqtisadiyyatlarının sabit, dayanıqlı artımını təmin edir.
“Rusiya Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə qarşılıqlı faydalı çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndirir və biz inteqrasiya birliyimizi hərtərəfli gücləndirmək üçün birgə işi intensivləşdirməkdə maraqlıyıq”, - deyə Vladimir Putin bildirib.