11 dekabr 2024 18:36
216

Almaniya Suriya üzrə nümayəndə təyin edib

Almaniyanın Xarici İşlər Nazirliyi dövlət naziri Tobias Lindneri Suriya üzrə nümayəndə təyin edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.

O qeyd edib ki, söhbət Suriya tərəfi ilə qarşılıqlı fəaliyyət kanallarının inkişafından gedir.

"Bu, həm də o deməkdir ki, biz Suriyada hadisələrin gələcək inkişafı fonunda diplomatik mövcudluğumuzu genişləndirəcəyik. Məhz buna görə də mən bu gün Xarici İşlər Nazirliyinin Suriya üzrə xüsusi əlaqələndiricisini təyin etdim", - nazir vurğulayıb.

A.Berbok, həmçinin qeyd edib ki, Almaniya suriyalılara humanitar yardımın göstərilməsi üçün 8 milyon avro ayıracaq.