Silahlı qrupların Suriyaya hücumundan üç ay əvvəl İran kəşfiyyatı Bəşər Əsəd hökumətinə təhdidlər barədə xəbərdarlıq edib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei bildirib.
O qeyd edib ki, mesajların yüksək vəzifəli şəxslərə gedib çatmadığını dəqiq bilmir. O, Suriya hökumətinin devrilməsində ABŞ və İsraili günahlandırıb.
“Bizim kəşfiyyatımız bir neçə ay əvvəl Suriya hakimiyyətinə xəbərdarlıq mesajları göndərmişdi. Bilmirəm, onlar mütləq yüksək vəzifəli məmurlara çatıblar, ya yox. Amma bizim kəşfiyyatçılarımız Şəhrivar, Mehr, Abanda davamlı olaraq mesajların ötürüldüyünü bildiriblər”, - Əli Xamneyi, qeyd edib.