Suriyada artıq devrilmiş Əsəd hakimiyyəti erməni kartından həmişə istifadə etməyə çalışırdı. Özəlliklə düşüncələri tamamilə radikal faşizmə köklənən Nubar Ozanyan və onun terror dəstəsinin Suriyada at oynatmağı danılmaz bir reallıq idi. Nubar Ozanyan Əsəd hakimiyyətinə bağlı olan təhlükəsizlik qüvvələri ilə sıx əlaqədə olan bir terrorçu idi və onun terror qruplaşması Azərbaycan və Türkiyəyə qarşı, bütövlükdə türk etnik kimliyinə qarşı nifrətə köklənmişdi. Bəşər Əsəd hakimiyyətinin Ozanyandan istifadə etməsi, erməni terror təşkilatlarına Suriya ərazisində yer verməyə çalışması Suriya hakimiyyətinin Ermənistanla olan dərin əlaqələrini ortaya qoyur.
Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi.
Eskpert qeyd etdi ki, istər Paşinyandan öncəki Sarkisyan xuntasının dövründə, istərsə də Nikol Paşinyanın hakimiyyəti dövründə Suriyada Əsəd hakimiyyətinin Ermənistanla sıx və dərin əlaqələri mövcud olub və bu əlaqələrdən daim türk kimliyinə qarşı istifadə etməyə çalışıblar. Suriyanın Türkiyə kimi tarixi bir qonşunun mövqelərini nəzərə almadan daim erməni kartından yararlanmağa çalışıb, Suriyadakı erməni icmasını özünün çirkin siyasi niyyətlərinə alət etmək üçün Nuba Ozanyan kartından istifadə edib. Əsəd hakimiyyəiti hər zaman Ermənistanı dəstəkləyib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın və Türkiyənin haqq işinə əngəllər törətməyə çalışması onu nümayiş etdirirdi ki, Əsəd hətta müsəlman dünyasına qarşı terrorçu, soyqırımçı mövqedə olan Ermənistanı dəstəkləyirdi.
Səbinə Kazımova, “İki sahil”