09 dekabr 2024 12:30
156

"YAŞAT" Fondunun rəhbəri: 54 nəfərə birdəfəlik mükafat və təqaüd verilməsi nəzərdə tutulub

"YAŞAT" Fondu 2024-2025 tədris ili üzrə 54 nəfərə birdəfəlik mükafat və "YAŞAT" təqaüdü verilməsini nəzərdə tutub.

“İki sahil” xəbər verir ki, , bunu Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "ASAN xidmət" Mərkəzində Fondun dördillik fəaliyyətinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin şəxslərə 2024-2025-ci il tədris ili üzrə birdəfəlik mükafat və "YAŞAT" təqaüdü verilməsinə 108 min manat vəsait ayrılıb.

Xatırladaq ki, "YAŞAT" Fondu Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.