Bundan 106 il əvvəl qurulan Azərbaycan parlamenti Şərqdəkı ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bir rəmzidir.
“İki sahil” xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı bildirib.
O deyib: “44 günlük Vətən müharibəsində ölkə torpaqlarının bütünlüyü üçün Prezident İlham Əliyevin Zəfər yürüşündə Milli Məclis daim onun yanında oldu. Azərbaycanın ərazi bütövlüyü üçün böyük töhfələr verən Milli Məclisi bu münasibətlə təbrik etmək istəyirəm. Qarabağ dost və qardaş ölkələr arasında münasibətlərin yüksəldilməsində dönüş nöqtəsi oldu. Qazaxıstan dövləti də Füzulidə bir məktəb açaraq, səmimi dostluğunu bu şəkildə göstərmiş oldu”.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan Darxan Kıdırali, həmçinin Azərbaycanı yüksək səviyyədə keçirilən COP29-a görə təbrik edib.
Ceyhun Bayramov: Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Vüqar Rəhimzadə: Azərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir
Ceyhun Bayramov: Azərbaycana da ATƏT-ə sədrliklə bağlı təkliflə müraciət olunub