Dekabrın 19-da birbaşa xətt və prezident Vladimir Putinin geniş mətbuat konfransı baş tutacaq.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, tədbirə xarici jurnalistlərin, o cümlədən “dost olmayan ölkələrdən” də dəvət edildiyinə aydınlıq gətirib.