05 dekabr 2024 19:43
199

Maya Sandu energetika nazirini vəzifəsindən azad edib

Moldova Prezidenti Maya Sandu Viktor Parlikovun energetika naziri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki, sənəd prezidentin rəsmi saytında dərc edilib.

“Viktor Parlikov energetika naziri vəzifəsindən istefa verir. Sərəncam imzalandığı gündən qüvvəyə minir”, - sərəncamın mətnində deyilir.

Xatırladaq ki, bu gün Moldovanın Baş naziri Dorin Reçan Parlikovun, “Energocom”un rəhbəri Viktor Bınzarinin və “Moldovagaz”ın Müşahidə Şurasının üzvü Sergey Tofilatın istefasını tələb etmişdi.