05 dekabr 2024 11:44
204

Deputat Zelenskiyə özünə qarşı sanksiyalar tətbiq etməyi tövsiyə edib

Ali Radanın deputatı Artyom Dmitruk Vladimir Zelenskinin Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq etmək qərarını şərh edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, deputat Zelenskinin bəyanatına cavab olaraq Telegram kanalında “Özünə tətbiq edərdin” yazıb.

Dmitruk Ukraynada müxalifətə qadağa qoyan Zelenskinin Gürcüstandakı vəziyyətdən danışmasına qəzəblənib. Bundan əvvəl Zelenski bildirib ki, Kiyev Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayır, çünki polis Tbilisidə etirazları dağıdır.