Türkiyəli müğənni Hadisə 2 il sonra keçmiş həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerlə boşanması haqqında danışıb.
“İki sahil” xəbər verir ki, ifaçı bu illər ərzində hər ikisinin bununla bağlı açıqlama verməməsinin səbəbinə aydınlıq gətirib. Onun sözlərinə görə, Hadisə və Mehmet bu haqda danışmamaq üçün sənəd imzalayıblar.
"Boşanmaq haqqında danışmamağımızın səbəbi sənəd imzalamağımızdır. Biri ilə özünü yaxşı hiss edərsən, inanarsan, amma alınmaz, bu qədər. Bir daha ailə quraram? Bəli. Bir də boşanaram? Yenə də bəli".
Qeyd edək ki, Hadisə Mehmetlə ötən il ailə qurub və qısa vaxt sonra boşanıb.
Hadisə hazırda rejissor Şenol Sönmez, Mehmet isə aktrisa Çağla Bozla sevgilidir.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək