Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
DİN-in Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd tüfəng təhvil götürülüb.
Bundan başqa polis əməkdaşları ərazidə xidmət apararkən 1 ədəd ov tüfəngi aşkar edərək götürüblər.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib