04 noyabr 2024 18:01
110

İstanbulda "Səninləyik, Türkiyə" kitabının təqdimatı keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Səninləyik Türkiyə” adlı nəşr 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təqdim olunub.

“İki sahil” xəbər verir ki, kitab Türkiyədə ötən ilin fevral ayının 6-da baş verən zəlzələ qurbanlarına həsr olunan şeirlərdən və fotolardan ibarətdir.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi, təqdim olunan kitabın tərtibçi və tərcüməçisi Səlim Babulloğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Əli Bəy Hüseynzadə, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, Fondun aparat rəhbəri Fəxri Hacıyev və digər rəsmilər iştirak edib.

Kitabın tərtibçi və tərcüməçisi Səlim Babulloğlu bildirib ki, nəşr layihəsi bir neçə ay ərzində hazırlanıb: "Bu antologiyada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Cümhuriyyətindən olan şairlər, o cümlədən başqırd, çuvaş, uyğur, tatar, qaqauz şairlərin, bir sözlə böyük türk dünyasını əhatə və təmsil edən söz sənətkarlarının zəlzələ qurbanlarına həsr etdikləri poetik əsərləri kitabda yer alıb".

Tədbirdə tanınmış qiraətçilər Hüseynağa Aslanov və Jalə Novruzun ifasında kitabda yer alan bir sıra şeirlər səsləndirilib.

Sonda Fondun adından türkiyəli oxuculara “Səninləyik Türkiyə” kitabı hədiyyə olunub.