Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müv həafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, noyabrın 2-də Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdənin Qaradəmirçi kəndində vətəndaş qəbulu keçirib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Xanlar Fətiyev vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Kəndin işıq dirəklərinin yenilənməsi, kəndin yol kənarlarında iki avtobus dayanacağının tikilməsi və s. barədə vətəndaşların müraciətinin həlli ilə bağlı müvafiq addımlar atılıb.
Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək
Avropa Komissiyası Ukraynanın baş prokuroru ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib