İspaniya təmsilçisi "Real" sosial şəbəkələrdə 600 milyon izləyiciyə çatan ilk klub olub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi futbol, basketbol, ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionu və digər kateqoriyalarla bağlı müxtəlif platformalarda 37 hesablarının olduğunu açıqlayıb. Səhifələrin 7 dildə fəaliyyət göstərdiyi bildirilib.
Qeyd edək ki, "Real" komandası hazırda La Liqada 24 xalla ikinci pillədədir.