Məşhur britaniyalı müğənni Adel qulağında yaranan infeksiya səbəbindən eşitmə problemi yaşadığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, nadir rast gəlinən bir su bakteriyasının yaratdığı xəstəlikdən müalicə alan ifaçı antibiotikdən yanlış istifadə etdiyini etiraf edib:
"Müalicəsi çox çətindir. Səhv antibiotik qəbul etdim. Ağrıdan qulağımı kəsmək istədim. Artıq ağrım yoxdur, lakin sol qulağım eşitmir, kar olub".
Qeyd edək ki, Adel hazırda karyerasına fasilə verib.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək