COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qarşıdan gələn COP29-da özəl sektorun imkanlarını müzakirə etmək üçün Vaşinqtonda işgüzar dairələrin nümayəndələri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.
“ABŞ Ticarət Palatası tərəfindən təşkil olunmuş dəyirmi masa iqlim maliyyəsinin artırılmasında özəl sektorun roluna və COP29 gündəliyinin həyata keçirilməsində işgüzar dairələrin fəal iştirakına həsr olunub”, - məlumatda bildirilir.