"Bavariya"nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Barselona"ya uduzduqları matçı (1:4) şərh edib.
“İki sahil” xəbər verir ki, mütxəssis bu məğlubiyyətdən dərs çıxaracaqlarını deyib: “Bu, aşkar məğlubiyyət idi. Biz bir olacağıq, məğlubiyyətdən dərs çıxaracağıq. İlk qol bizi məyus etdi. İlk hissədə yarım saat ərzində məndə belə bir hiss var idi ki, qalib gələ bilərik. Sonra ikinci və üçüncü qollarla oyun dəyişdi. Heç bir bəhanə yoxdur. Əsas odur ki, bu oyundan dərs aldıq. Bu oyun bizim mövsümün nəticəsini həll etməyəcək. Matçın birinci və ikinci hissəsi arasında niyə bu qədər böyük fərq var idi, buna diqqət yetirməliyik”.
Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 3 xalla 24-cüdür.