Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi "Elfsborq"u məğlub edib.
“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi III tura təsadüf edən ev oyununda İsveç kollektivinə 4:3 hesabı ilə qalib gəlib.
Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə səfərdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qarabağ" noyabrın 7-də "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.