Azərbaycanda təxminən 500 sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yaşıllıqlarla bağlı rəsmi şəkildə müraciət edib.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitənin iclasında bildirib.
"Biz qanunvericiliyi sərtləşdirir, yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələri artırırıq. Rayonlarda bir sıra problemlər var. Vətəndaşlara pay torpaqları verilib ki, onlar əksin, biçsin, gəlir əldə edib dolanışığını təmin etsin. Əkmək istəyəndə də məlum olur ki, hansısa kol, ağac buna mane olur. Onu götürəndə cərimələr tətbiq edilir. Biz torpağı mülkiyyətə vermişik. Amma oradakı ağac əşya sayılmadığına görə mülki qanunvericiliyin tələbi pozulur", - deyə o qeyd edib.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.