Bakı Dövlət Universitetində (BDU) 2026/2027-ci tədris ili başlayıb.
“İki sahil” xəbər verir ki, universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, BDU-da ilk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
2026/2027-ci tədris ilində BDU-da 76 ixtisas, 239 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə 21977 tələbə təhsil alır. Onlardan 6852 nəfəri kişi, 12125-i qadındır. Tələbələrdən 12708-i humanitar, 9269-u təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 15220-si dövlət sifarişi əsasında, 6757-si nəfəri ödənişli əsaslarla oxuyur. Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 4911 nəfər qəbul olunub. Onlardan 3487 nəfəri dövlət sifarişli, 1424 nəfər ödənişli əsaslarla təhsil alacaq. 2026/2027-ci tədris ilində BDU-nun magistraturasında 2573 tələbə təhsil alır. Onlardan 849-u kişi, 1723-ü qadındır. BDU-nun magistrantlarının 1825 nəfəri dövlət sifarişi əsasında, 748 nəfəri ödənişli əsaslarla təhsil alır.
BDU-da ötən tədris ilindən başlayaraq bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd verilir. Magistratura səviyyəsi üzrə dövlət təhsil proqramlarının yenilənməsi həyata keçirilib, bu tədris ilindən magistaturaya qəbul olunan tələbələr həmin proqramlar əsasında təhsil alacaqlar.
2026/2027-ci tədris ilindən BDU-da bakalavriat səviyyəsi üzrə yeni “Regionşünaslıq (Afrika üzrə)” ixtisası açılıb. Tarix fakültəsində ilk dəfə olaraq bu ixtisas üzrə kadr hazırlığına başlanılacaq. Magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılıb.
Bütün tələbə və şagirdlərimizi yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayırıq!
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.