Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə artırılır.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, gəmilərdən tullantı və başqa predmetlər atmağa görə üç yüz manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram