21 oktyabr 2024 15:57
113

Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib

İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe XXI əsrdə PSJ-nin ən yaxşı futbolçusu seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə məşhur "Goal" portalı öz versiyasını təqdim edib.

2000-ci ildən bəri Paris təmsilçisinin ən yaxşı 25 futbolçusunun adının daxil edildiyi siyahıya məhz Mbappe başçılıq edir.

Reytinqdə ikinci yer hücumçu Zlatan İbrahimoviçə verilib. İlk "üçlüy"ü isə braziliyalı Neymar qapayır. PSJ-nin və Braziliya millisinin digər sabiq futbolçusu Ronaldinyo 19-cu, argentinalı Lionel Messi isə 23-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, K.Mbappe 2024-cü ilin yayında azad agent kimi PSJ-dən "Real"a transfer olunub. 25 yaşlı futbolçu 2024/2025 mövsümündə "Kral klubu"nun heyətində bütün turnirlərdə meydana çıxdığı 12 oyunda 8 qola və 1 məhsuldar ötürməyə imza atıb.