21 oktyabr 2024 15:31
85

Səfər matçına çıxmayan Azərbaycan klubunun cəzası bəlli olub

Azərbaycan II Liqasının VII turunda "Şəfa" ilə matçda meydana çıxmayan "Lerik" klubunun cəzası bəlli olub.

"İki sahil" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cənub təmsilçisi səfər oyununa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.

Bundan başqa, Vidadi Hüseynovun baş məşqçisi olduğu klub 300 manat cərimələnib.

Qeyd edək ki, "Lerik" II Liqada 7 xalla 10-cu sırada qərarlaşıb.