21 oktyabr 2024 13:33
75

Rusiya klubunun kapitanı komanda yoldaşının çənəsini sındırıb

Rusiyanın "Sibir" (Novosibirsk) klubunun kapitanı Sergey Narılkov məşq zamanı komanda yoldaşı Konstantin Popovun çənəsini sındırıb.

“İki sahil”in NGS-yə istinadən məlumatına görə, hadisə futbolçular arasında mübahisə zamanı baş verib.

37 yaşlı futbolçu özündən 15 yaş kiçik olan Popovun çənəsini sındırıb. Gənc oyunçu hadisədən sonra əməliyyat olunub.

Qeyd edək ki, "Sibir" hazırda II Liqanın A Divizionunda 10 komanda arasında 9-cu yerdədir.