21 oktyabr 2024 00:12
129

Sandu Moldova prezident seçkilərində liderdir

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 33% nəticə ilə liderdir.

“İki sahil” xəbər verir ki,  bununla bağlı ilkin nəticələr Moldova Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 14%-nin sayılmasından sonra dərc edilib. Onu 30 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir. “Bizim partiya”nın lideri Renato Usatıy isə 15% səslə üçüncü yerdədir. Nəticələrdə dördüncü yeri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5%) tutur. Onun ardınca keçmiş prokuror Viktoriya Furtuna (5%), keçmiş baş nazir, “Moldovanın Gələcəyi” partiyasının rəhbəri Vasili Tarlev (3%) və keçmiş baş nazir İon Çiku (2%) gəlir.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun ilk iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.