20 oktyabr 2024 23:41
113

Azərbaycan Basketbol Liqasında I tura yekun vurulub

Basketbol üzrə Azərbaycan çempionatında birinci turun oyunlarına yekun vurulub.

“İki sahil” xəbər verir ki,  turun son matçında “Sumqayıt” və “Ordu” komandaları üz-üzə gəlib. Görüş qonaqların 103:89 hesablı qələbəsi ilə nəticələnib. Turun əvvəlki qarşılaşmalarında “Naxçıvan” “Neftçi”ni 84:79, “Abşeron” NTD-ni 75:69, “Gəncə” “Lənkəran”ı 90:75, “Sabah” “Sərhədçi”ni 80:53, “Şəki” isə “Quba”nı 90:83 hesabı ilə üstələyib.