“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun prezidenti Joan Laportanın Millətlər Liqasının keçirilməsinə narazı olduğuna fikir bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb. 59 yaşlı mütəxəssis deyib: “Hesab edirəm ki, UEFA, FİFA və ölkə federasiyaları oyun təqvimini bir yerdə razılaşdırmalıdırlar”.
Qeyd edək ki, Kataloniya klubunun prezidenti Joan Laporta daha əvvəl sözügedən turnirə qarşı olduğunu və UEFA-nın bu yarışı “arxa qapıdan” keçirməsini deyib.